Çində ilk dəfə olaraq kriptovalyuta, oyun hesabları və sosial şəbəkələrdəki hesabları miras qoymaq mümkün olacaq.
FED.az xəbər verir ki, bu, ölkədə yenicə baş vermiş məhkəmə prosesindən sonra dəqiqləşib.
Çində məhkəmə təcrübəsi kriptovalyuta, oyun hesabları, virtual əşyalar və sosial şəbəkələrdə hesablar da daxil olmaqla bir sıra rəqəmsal aktivlərin miras verilməsinə imkan yaradıb. Belə yanaşma hüquq sistemini virtual aktivlərin çox vaxt əhəmiyyətli maddi dəyərə malik olduğu rəqəmsal iqtisadiyyatın reallıqlarına uyğunlaşdırmaq istəyini əks etdirir.
“Tom's Hardware” nəşrinin məlumatına görə, belə halları leqallaşdıran hallardan biri virtual oyun daxilindəki əmlakın varisliyi ilə bağlı məhkəmə araşdırması olub.
Virtual oyundan istifadə edən və orada müəyyən virtual əşyalara malik olan oyunçu, ölümündən bir müddət əvvəl onlayn oyun ortağına təxminən 7350 dollar dəyərində nadir bir virtual əsər vermək istədiyini bildirib.
Məhkəmə buna ümumilikdə icazə verib, amma elan edib ki, oyunçu bu əşyanın yalnız bir hissəsini ortağına bağışlaya bilər, qalan hissə isə vərəsə kimi oyunçunun ailə üzvlərinə, həyat yoldaşına çatmalıdır.
Eyni zamanda, virtual yoldaşın oyun əşyasının alınmasına verdiyi töhfəni nəzərə alaraq, məhkəmə onun dəyərini iki qadın arasında bərabər bölmək qərarı verib.
Belə ki, oxşar mövzuda daha bir qərar 2024-cü ildə qəbul edilib. Çin Məhkəməsi mərhumun varislərinə təxminən 30 min dollar dəyərində bitkoinləri, habelə sosial şəbəkədəki hesabı təhvil verməyi tələb edib. Amma sosial şəbəkənin adminstrasiyası istifadəçi sazişinə istinad edərək hesabın verilməsinə etiraz edib, çünki sazişə əsaslanan həmin hesab şirkətin mülkiyyəti olub.
Məhkəmə bu cür müddəaları istifadəçinin mülki hüquqlarına zidd hesab edib. Qeyd olunub ki, fərdi yazışmalar arxivi də daxil olmaqla, şəxsi məlumatlar miras qalmış əmlakın tərkibinə daxil deyil və məxfilik haqqında qanunvericiliyin qorunmasını ehtiva edir.
Başqa bir işdə məhkəmə onlayn oyun administrasiyasından ölən istifadəçinin anasına rəqəmsal aktivlərlə birlikdə oyun hesabının ötürülməsində kömək etməyi tələb edib.
Başqa sözlə, məhkəmə faktiki olaraq belə aktivləri – oyun hesablarını, virtual əşyaları və kriptovalyutanı miras kimi tanımağa razılaşıb.
“Tom’s Hardware”nın məlumatına görə, belə yanaşma bütün ölkələrdə tətbiq edilmir. Xüsusilə, “Steam” rəqəmsal platforması satın alınan oyunların və ya hesabın miras yolu ilə verilməsini nəzərdə tutmur. ABŞ-də məhkəmələr istifadəçinin rəqəmsal oyun hüquqlarını miras alınmayan və sahibinin ölümündən sonra ləğv edən bir lisenziya kimi qəbul edirlər.














