Bakı Fond Birjası (BFB) 2026-ci ilin yanvar-iyun ayları ərzində birja əməliyyatlarının həcmini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə BFB-də ümumilikdə 23 milyard 831 milyon manatlıq əməliyyat aparılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə birja əməliyyatlarının həcmi 12 milyard 792 milyon manat və ya 34,9% azalıb. Xatırladaq ki, 2025-cü ilin yanvar-may aylarında BFB-də ümumilikdə 36 milyard 623 milyon manatlıq əməliyyat aparılmışdı.
Ənənəvi olaraq bəhs olunan dövrdə birjadakı əməliyyatların böyük hissəsi – 21 milyard 596 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu birja üzrə ümumi əməliyyatların 90,6%-i deməkdir.
Ötən müvafiq dövrü ilə müqayisədə repo əməliyyatlarının həcmi 9 milyard 624 milyon manat və ya 30,8% azalıb.
Birjada repodan kənar əməliyyatların ümumi həcmi 2 milyard 235 milyon manat olub. Bu rəqəmin 1 milyard 925 milyon manatı və ya 86,1%-i dövlət qiymətli kağızlarının payına düşür.
Bura dövlət istiqrazları ilə əməliyyatlar – 708,4 milyon manat, Mərkəzi Bankın notları – 809,3 milyon manat və ipoteka istiqrazları – 407,5 milyon manat - aiddir.
Korporativ qiymətli kağızlarla əməliyyatların həcmi isə 309,7 milyon manat olub.















