Rabitəbank ASC-də növbəti kadr təyinatı həyata keçirilib.
FED.az xəbər verir ki, bankın İdarə Heyətinin qərarı ilə Nihad Qurbanzadə Risklərin idarəedilməsi departamentinin “Kredit və bazar risklərinin idarə olunması” şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Nihad Qurbanzadə bank və maliyyə sektorunda 7 ildən artıq peşəkar təcrübəyə malikdir. Peşəkar fəaliyyəti ərzində risklərin idarə olunması, kredit və bazar risklərinin təhlili, risk modellərinin hazırlanması, analitik yanaşmaların tətbiqi və risklərin effektiv idarə edilməsi istiqamətlərində geniş təcrübə qazanıb. O, 2021-ci ildən etibarən fəaliyyətini Rabitəbankda risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi və müxtəlif strateji təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edib.
Yeni vəzifəsində Nihad Qurbanzadə Rabitəbankın kredit və bazar risklərinin effektiv idarə olunması, risklərin idarə edilməsi sisteminin daha da inkişaf etdirilməsi və bu istiqamətdə strateji layihələrin icrasına rəhbərlik edəcək.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.















