2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.
Azərbaycanın strateji valyuta ehtiyatları 10 %-dən çox artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat olub və illik müqayisədə 1,9% azalıb.
bunun nəticəsində dövlət büdcəsində 2 milyard 403,9 milyon manat həcmində profisit yaranıb. Bu öncəki ayda 2 milyon 990,5 milyon manat təşkil edirdi.
Eyni zamanda, 2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 7,9% azalaraq ölkənin xarici borc yükünün azalma tendensiyasının davam etdiyini göstərir.
Mayda bu qərəm 4 milyard 642,4 milyon dollar idi.














