Avropa birjaları bu günün ticarətində kəskin enmə üzləşiblər.
FED.az xəbər verir ki, ayrı-ayrı indekslər 2016-cı ildən bəri ən ciddi enmə göstərib.
Enmənin səbəbi İtaliyada koronavirusla bağlı baş verən hadisələrdir. Avropanın üçüncü böyük iqtisadiyyatı olan İtaliyada artıq 5 nəfər həlak olub.
Stoxx Europe 600 Index, 24 İyun 2016 tarixində Brexit səsverməsindən sonra ən böyük azalma ilə 3,7% enib. İtaliyanın FTSE MIB indeksi 2016-cı ilin iyun ayından bəri ən böyük enişi yaşayıb - 4.8%. Almaniya, İngiltərə və Fransa birjalarında da 3%-dən çox enmə baş verib.
Lüks istehlakçı şirkətlər, virusun satışa təsir edəcəyindən narahat olan investorlar tərəfindən rədd edilib. LVMH Moet Hennessy Louis Vuitton-un səhmləri 7,2%, Roche Holdinqin səhmləri 2.9% düşüb.
Səyahət və hava şirkətləri də ən böyük düşmələri qeydə aldı. Air France-KLM-də səhmlər 10%, EasyJet 13% və Ryanair Holdings 11% azalıb.
Avropa birjaları çökdü - 2016-dan bəri ən kəskin azalma
18:51
24 Fev 2020