2024-cü ildə «Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfə artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr aylarında şirkətin birja dövriyyəsi 6,1 milyard manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 3,1 milyard manat və ya 2 dəfə artıb.
Bu dövrdə ASC-nin Azərbaycan Mərkəzi Bankı qiymətli kağızları üzrə dövriyyəsi 112,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 623,1 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1,1 milyard manat, repo əməliyyatları üzrə dövriyyəsi 4,3 milyard manat, səhmlər üzrə dövriyyəsi isə 16,3 milyon manat olub.
2024-cü ildə « Assist Finance İnvestisiya Şirkəti»nin korporativ istiqrazlarının dövriyyəsi 46% (344,4 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 2,8 dəfə (2,7 milyard manat), dövlət istiqrazları üzrə dövriyyəsi 82,9% (282,5 milyon manat) artıb.
Ötən il ərzində «Assist Finance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 1 155 ədəd və ya 2,2 dəfə artaraq 2 150 -ə yüksəlib.