«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 33% artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 23,3 milyard manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 5,8 milyard manat və ya 33,4% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 1,3 milyard manat, dövlət istiqrazları üzrə dövriyyəsi 4 milyard manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1,2 milyard manat, repo əməliyyatları üzrə dövriyyəsi 16,7 milyard manat, səhmlər üzrə dövriyyəsi isə 2,9 milyon manat olub.
Cari ildə « PAŞA Kapital İnvestisiya Şirkəti»nin korporativ istiqrazlarının dövriyyəsi 3,2 dəfə (834,1 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 55,9% (6milyard manat), səhmlər üzrə dövriyyəsi 2 dəfə (1,46 milyon manat) artıb.
Bu ilin 8 ayı ərzində «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 521 ədəd və ya 8,7% artaraq 6 541 -ə yüksəlib.