ABŞ-ın Vayominq (Wyoming) ştatı yanvarın 31-i kriptovalyutaları leqallaşdıran və onları fiat pul ilə bərabərləşdirən qanun layihəsini qəbul etdi. FED.az xəbər verir ki, əsas təşəbbüskarı senator Tara Nethercott olan “Rəqəmsal aktivlər haqqında qanun” (SF0125) yanvarın 18-i müzakirəyə çixarılmışdı.
Qanuna əsasən bütün rəqəmsal aktivlər üç kateqoriyaya bölünür: rəqəmsal istehlak aktivləri, rəqəmsal qiymətli kağızlar və virtual valyutalar. Bu kateqoriyalardan birinə düşən istənilən rəqəmsal aktiv qeyri-maddi şəxsi mülkiyyət hesab edilir, virtual valyutalar isə fiat pul ilə bərabər tutulur. Eyni zamanda kripto aktivlər fiat pulların analoqu kimi tənzimlənəcək. Qanun həmçinin banklara SEC-in (ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyası) müəyyən etdiyi qaydalar çərçivəsində kastodial xidmətlər göstərməyə imkan verir. Kastodial xidmət (Custodial Services) – müştərilərin razılığı ilə rəqəmsal aktivlərin saxlanması və idarə edilməsi. Qanun martın 1-i qüvvəyə minəcək.
Eləcə də bax: Dünya birjalarında - NEFTİN QİYMƏTİ
kriptoinvest.az
ABŞ ştatı kriptovalyutaları leqallaşdırdı
08:59
4 Fev 2019