“Ziraat Bank Azərbaycan” 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Ziraat Bank Azərbaycan” pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri25 milyon 921 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 4 min manat (86,3%) çoxdur.
Müştərilərə verilmiş kreditlərdən faiz gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 262 min manat (76,6%) artaraq 19 milyon 58 min manata yüksəlib. Banklarda depozitlər üzrə faiz gəlirləri 4 milyon 446 min maant (3 milyon 129 min manat / 37,6% çox), digər maliyyə institutlarına kreditlər üzrə faiz gəlirləri 1 milyon 43 min manat (474 min manat / 83,3% çox) olub.
Hesabat dövründə bankın faiz xərcləri 12 milyon 725 min manat təşkil edərək 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 milyon 327 min manat (98,9) çox olub.
Depozitlər üzrə faiz xərcləri 11 milyon 164 min manata (7 milyon 168 min manat / 2,8 dəfə çox), beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri üzrə faiz xərcləri 533 min manata (202 min manat / 61% çox) bərabər olub.
Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri 2 milyon 2 min manat (86 min manat / 4,5% çox), məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir 1 milyon 343 min manat (261 min manat / 16,4% az), digər xidmət növlərindən komisyon gəliri 1 milyon 827 min manat (275 min manat / 17,7% çox) təşkil edib.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 3 milyon 700 min manat (820 min manat / 28,5% çox), bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər 1 milyon 981 min manat (464 min manat / 30,6% çox), göstərilimiş xidmətlər üzrə haqq və komissiya xərcləri 1 milyon 154 min manat (24 min manat / 2% az) olub.
Bankın vergilər ödənilənədək mənfəəti 6 milyon 906 min manat olub. Ödənilmiş vergilərin həcmi 1 milyon 335 min manat təşkil edib. Nəticədə bank birinci rübdə 5 milyon 571 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat (56%) çoxdur.
Cari ilin birinci rübünün sonuna bankın aktivlərinin həcmi 1 milyard 443 milyon manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 75 milyon manat (5,5%) çoxdur.
Müştərilərə verilən kreditlər ötən ilin sonuna nəzərən 7 milyon 743 min manat (1%) artaraq 774 milyon 598 min manata çatıb. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 480 milyon 869 min maant (104 milyon 771 min manat / 27,9% çox), qiymətli kağızlar üzrə aktivlər 52 milyon 938 min manat (42 milyon 436 min manat / 44,5% az) olub.
Hesabat dövründə bankın öhdəliklərinin həcmi 1 milyard 275 milyon manat təşkil edib. Öhdəliklər ötən ilin sonuna nəzərən 67 milyon manat (5,5%) çox olub.
Depozitlərin həcmi 706 milyon 774 min manat təşkil edib ki, bu da, 3 ayda 24 milyon 73 min manat (3,5%) artım deməkdir. Bankların və digər maliyyə institutların depozitləri 452 milyon 277 min manata (36 milyon 980 min manat / 8,9% çox), digər maliyyə institutlarının depozitləri isə 384 milyon 228 min manata (9 milyon 349 min manat / 2,5% çox) yüksəlib.
2026-cı ilin birinci rübünün sonunda bankın kapitalı 167 milyon 722 min manat olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 7 milyon 53 min manat (4,4%) çoxdur.
Bankın bölüşdürülməmiş mənfəəti 3 ayda 5 milyon 571 min manat (6,9%) artaraq 86 milyon 549 min manata çatıb.
Ümumi ehtiyatlar isə 15 milyon 674 min manat təşkil edərək 3 ay ərzində 1 milyon 483 min manat (10,5%) artım göstərib.







![“Ziraat Bank Azərbaycan” böyüməkdə davam edir -[red] MƏNFƏƏTİ KƏSKİN ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/1522640.jpg)
![“Ziraat Bank Azərbaycan” böyüməkdə davam edir -[red] MƏNFƏƏTİ KƏSKİN ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/2504187.jpeg)
![“Ziraat Bank Azərbaycan” böyüməkdə davam edir -[red] MƏNFƏƏTİ KƏSKİN ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/2035976.jpeg)









