“Xalq Bank” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
Xalq Bank ölkənin ən çox vergi ödəyən - 100 ŞİRKƏTİ SIRASINDADIR
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 51 milyon 476 min manat təşkil edib. Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 862 min manat (5,9%) artıb.
Kreditlər üzrə faiz gəlirləri 39 milyon 100 min manat (2 milyon 926 min manat / 8,1% çox), qiymətli kağızları üzrə faiz gəlirləri 4 milyon 150 min manat (1 milyon 72 min manat / 20,5% az), banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 915 min manat (479 min manat / 33,4% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2 milyon 334 min manat (2 milyon 739 min manat / 2,2 dəfə az) olub.
Hesabat dövründə bankın faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 695 min manat (31,1%) artaraq 19 milyon 794 min manata yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 13 milyon 331 min manat (4 milyon 911 min manat / 58,3% çox), banklar və digər maliyyə institutlarının kreditləri üzrə xərclər 3 milyon 870 min manat (1 milyon 494 min manat / 62,9% çox), banklar və digər maliyyə institutlarının depozitləri 2 milyon 184 min manat (1 milyon 828 min manat / 45,6% az) təşkil edib.
Xidmətlərdən komisyon gəliri 7 milyon 434 min manata (1 milyon 372 min manat / 22,6% çox), valyuta əməliyyatlarından xalis gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 1 milyon 724 min manata (1 milyon 715 min manat / 2 dəfə az) bərabər olub.
Bankın əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 15 milyon 179 min manat təşkil edərək 2025-ci ilin birinci rübü ilə müqayisədə 2 milyon 824 min manat (22,9%) artıb. Ümumi və inzibati xərclər 2 milyon 864 min manat (69 min manat / 2,5% çox), amortizasiya xərcləri isə 2 milyon 150 min manat (327 min manat / 17,9% çox) olub.
Mənfəət vergisi ödənilənədək mənfəət 12 milyon 912 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisinin həcmi 3 milyon 522 min manat təşkil edib. Nəticədə birinci rübdə bankın xalis mənfəəti 9 milyon 390 min manata yüksəlib. Bu, əvvəlki ilin birinci rübü ilə müqayisədə 2 milyon 467 min manat və ya 20,1% azdır.
2026-cı ilin birinci rübünün sonuna bankın aktivlərinin həcmi 3 milyard 21 milyon manat olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 163 milyon manat (5,1%) azdır.
Müştərilərə verilən kreditlərin həcmi son üç ayda 30 milyon manat (1,6%) azalaraq 1 milyard 817 milyon manata düşüb. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər 89 milyon 969 min manat (145 milyon 990 min manat / 2,6 dəfə az), qiymətli kağızlar üzrə aktivlər 181 milyon 391 min maant (36 milyon 710 min manat / 16,8% az) təşkil edib.
Hesabat dövrünün sonuna bankın cəmi öhdəliklərinin həcmi 2 milyard 470 milyon manat olub. Öhdəliklərin həcmi ötən ilin sonuna nəzərən 172 milyon manat və ya 6,5% azalma göstərib.
Bankdakı depozitlərin həcmi 3 ayda 27 milyon manat (1,4%) azalaraq 1 milyard 894 milyon manata düşüb. Bankların və digər maliyyə institutların depozitləri 203 milyon 494 min manat (157 milyon manat / 43,6% az) olub.
Cari ilin birinci rübünün sonunda bankın cəmi kapitalının həcmi 550 milyon 743 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 8 milyon 291 min manat və ya 1,5% artım deməkdir.
Bankın xüsusi kapitalının həcmi 525 milyon 389 min manat təşkil edərək, son üç ay ərzində 8 milyon 907 min manat (1,7%) artım göstərib.
Bankın ümumi ehtiyatları isə 3 ayda 615 min manat (2,4%) azalaraq 25 milyon 354 min manata bərabər olub.








![“Xalq Bank”ın xalis mənfəəti 9 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2635051.jpeg)
![“Xalq Bank”ın xalis mənfəəti 9 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/732073.jpeg)
![“Xalq Bank”ın xalis mənfəəti 9 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/321688.jpeg)
![“Xalq Bank”ın xalis mənfəəti 9 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3199101.jpeg)









