Valyuta hərracı barədə məlumat.
FED.az xəbər verir ki, 05 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Neft 30 dollara enə bilər -- Səudiyyə Rusiyanın acığına - QİYMƏT ENDİRİMİNƏ BAŞLAYIB
Neft bazarında böyük, neft ölkəəri üçün xoşagəlməz problemlər başlayır.
Dünyanın ən byöük neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı aprel ayından etibarən neft hasilatını kəskin artarmaq, bununla da neft qiymətlərini çökdürmək niyyətindədir.
FED.az xəbər verir ki, Krallıq neft hasilatını indiki gündə 10 milyon bareldən 12 milyon barelə qaldıracağını elan edib. Bundan əvvəl isə – marın 7-dən etibarən krallıq dünyanın neft bazarında böyük endirimlərə başlayıb. Səbəbi, OPEK-Rusiya iş birliyinin alınmamasıdır.
Ər-Riyad hələ gələn ayı gözləmədən martın 7-dən etibarən neft göndərdiyi bütün istiqamətlərdə son 20 ildə ən böyük endirimlərə başlayıb. Səudiyyə Ərəbistanı, Avropa, Uzaq Şərq və ABŞ-a böyük endirimlərə başlayıb ki, neftayırma zavodları nefti digər neft ölkələrindən deyil, məhz ondan alsınlar.
Paralel olaraq Səudiyyə Ərəbistanı bəzi bazar iştirakçılarına elan edib ki, tələb olunarsa, neft hasilatını gündə 12 milyon barelə qaldırmaq fikrindədir.
Koronavirusun neft bazarına onsuz da mənfi təsir etdiyini, yəni neftə tələbatı azaltdığını nəzərə alanda, Səudiyyə tərəfindən neft hasilatının kəskin artırılması neft bazarında əsl xaos yaradacaq.
Hazırda Səudiyyədə gündəlik hasilat 9,7 milyon bareldir, onun 10 milyona qaldırılması deməkdir. «Bu faktiki olaraq neft bazarında müharibə elan etməkdir»-deyə adının açıqlanmasın istəməyən bazar iştirakçısı bildirib.
Səudiyyə Ərəbistanının bazar üçün şok və neft ölkələrinə qorxu vəd edən bu strategiyasının səbəbi Rusiyaya öz qiymətlərini diqtə etək və onu danışıqlar masasına gətirmək, razılıq (yəni hasilatı birgə əzaltmaq barədə razılıq) əldə edildikdən sonra isə hasilatı azaldıb neft qiymətinin yenidən artırmaqdır.
Qeyd edək ki, ötən həftənin sonuncu birja günü – martın 6-da Brent nefti bir gündə 9,4% ucuzlaşaraq 45,27 dollara enib.
Bu 2008-ci ildəki böhrandan sonra neft bazarında ən böyük ucuzlaşmadır.
Bazar iştirakıları əmindir ki, Səudiyyənin neft hasilatını kəskin artıracağı barədə bəyanatları və böyük endirimlərə başlaması neft naziri şahzadə Əbdüləziz ben Salmanın rusiyalı həmkarı Aleksandr Novakın açıqlamasına cavabıdır. Rusiyalı nazir ötən həftə OPEK-in Vyanada keçirilən görüşündə hasilatı azaltmaq barədə ultimatumu rədd edib, üstəlik bildirib ki, aprelin 1-dən sonra neft hasilatı ilə bağlı heç bir məhdudiyyət yoxdur və hər kəs istədiyi qədər neft çıxara bilər. Məhz bu bəyanatdan sonra qiymətlər 45 dollara enib.
Danışıqlardan bir neçə saat sonra Ər-Riyad dərhal endirimlərə başlayıb. Saudi Aramco şirkəti artıq endirim siyahısı da hazırlayaraq potensial alıcılara paylayıb.
Siyahıya əsasən, krallıq qiymətləri bir barel üçün 6-8 dollar endirmək fikrindədir. Bu addım faktiki olaraq bütün körfəz ölkələrinə və buradan hər gün dünya bazarlarına göndərilən 14 milyon barelə aid olacaq. Çünki bahqa neft ölkələri də qiyməti endirməli olacaqlar.
Saudi Aramco şirkəti ən byöük endirimi özünün əsas neftinə «Arab Light»a edib. Bu neftin qiyməti 8 dollar endirilib və hazırda Brentdən 10 dollar ucuz satılır. Rusiya nfti «Urals» isə Brentdən 2 dollar ucuzdur. Səudiyyənin ən byöük endirimi Avropaya etməsi bazar iştirakılarının fikrincə, Rusiya neftinə müharibə elan etməkdir.
«Merchant Commodity Fund» şirkətinin təsisçilərindən olan hec fondların birinin investoru olan Duq Kinq bildirir ki, «OPEK + ölkələri neftin hasilatını artırsalar qiymətlər 30 dollara enə bilər».
Hazırda neft treyderləri tarixi qrafiklərə baxırlar ki, neftin hansı qiymətə düşəcəyini öyrənsinlər. Belə hədlərdən biri 27,1 dollardır. 2016-cı ildəki qiymət müharibəsində qiymətlər bu həddə düşmüşdü. Amma bəziləri hesab edir ki, qiymətlər daha aşağı düşə bilər.
«Ola bilər ki, qarşıdakı rübdə biz son 20 ildə neftin ən kəskin ucuzlaşmasını müşahidə edə bilərik»-deyə IHS Markit Ltd. Şirkətinin neft üzrə analitiki və bazarın dammi müşahidəçisi Rocer Divan bildirib. Qeyd edək ki, son 20-25 ildə neftin ən aşağı qiyməti 1998-ci ilin dekabrında 9,55 dollar olmuşdu.