“Muğanbank” ASC müştərilərin rahatçılığı və yeni müştərilərin cəlb edilməsi məqsədi ilə yeni məhsulları təqdim etməkdə davam edir.
FED.az xəbər verir ki, “Monex” təcili pul köçürmə sistemi ilə köçürmələr həyata keçirən müştərilərinə nağd pulun çıxarılmasına görə xidmət haqqı tutulmayan və heç bir ödəniş tələb etmədən Mastercard “Monexcard” plastik kartını təklif edir.
Mastercard “Monexcard” layihəsi Mastercard qlobal ödəniş texnologiyaları provayderi ilə birgə həyata keçirilir. “Monex” təcili pul köçürmə sisteminin ilkin və təkrar müştəriləri Mastercard “Monexcard”-ı “Muğanbank” ASC-nin filial və şöbələrindən ödənişsiz əldə edə bilərlər.
Ölkədaxili 500-dən çox “Monex” məntəqələrindən “Monexcard”-a mədaxil etmək imkanı var. “Monexcard”-a mədaxil olunan vəsait “Muğanbank” ASC-nin bankomatlarından 7/24 komissiyasız nağdlaşdırıla bilər. Ələvə olaraq “Monexcard”-a mədaxil olunan vəsait bütün qeyri-nağd əməliyyatlarda istifadə oluna bilər.
Bundan əlavə olaraq, “Monex” təcili pul köçürmə sistemi “Muğanbank Mobil Bankçılıq” əlavəsinə daxil edildi. “Monex” mobil əlavə vasitəsi ilə, bütün növ plastik kart sahibləri « Cash to Card » əməliyyatlarını həyata keçirə bilərlər.
Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər.
Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.