Gürcüstanda ABŞ dollarının bahalaşma tendensiyası davam edir. FED.az xəbər verir ki, “Report”un yerli bürosunun məlumatına görə, Gürcüstan Milli Bankının avqustun 1-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2, 9718 təşkil edir. Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0211 lari artım qeydə alınıb. Avronun qiyməti isə 0,0238 lari bahalaşaraq 3,3127 lariyə bərabər olub.
Gürcüstanda dollar 2,97 larini ötüb
17:26
31 İyul 2019