Artıq bir neçə dəfə verdiyimiz məlumata əsasən, dövlət pandemiyadan zərər çəkən sahələrə güzəştli kreditlərlə dəstək proqramını hazır etmişdir. Bəli, bu proqramdan yalnız koronavirusun yayılması ilə əlaqədar məhdudiyyətlər nəticəsində zərər çəkən bizneslər müraciət edə bilər. Bu sahələrin artıq siyahısı İqtisadiyyat nazirliyi tərəfindən hazırlanmışdır.
FED.az Banker.az-a istinadən güzəştli kredit üçün müraciət etməyin addımları haqqında yazını təqdim edir:
Bunun üçün siz aşağıdakı addımları keçməlisiniz.
- https://e-edf.gov.az/ saytına daxil olursunuz
- Saytda müraciət et düyməsinə klik edirsiniz
- Bu zaman qarşınızda aşağıdakı forma açılacaqdır. Bu formada biznesinizin VOEN nömrəsini, ASAN imzanızın nömrəsini (ASAN imza hansı telefon nömrəsinə bağlıdırsa o nömrəni) , ASAN imzanın İD-si (bu adətən ASAN imza adına olan insanın doğum günü,ayı və ili olur. Misal üçün 310180 – burada 31 Yanvar 1980 qeyd olunub)
- Bundan sonra sizə ASAN imza ilə login təklif olunacaq. Bunu etdikdən sonra siz qeydiyyatdan keçmiş hesab olunursunuz və sizin müraciətiniz artıq ilkin yoxlama üçün göndərilir.
- Qeyd edək ki, müraciətlər hissəsində qaralama sözünə klik etdikdə sistem sizə 2 kreditləşmə forması təklif edəcəkdir: Sürətli kredit və Ənənəvi kredit. Hər iki kreditin şərtləri və maksimal məbləğləri fərqlidir – kreditləşmə vaxtıda müxtlifdir. Odurki tələbinizə uyğun variantı seçə bilərsiniz.