Neftin kəskin ucuzlaşdığı 9 Mart 2020-ci il tarixindən bəri Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə 4 valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 323,2 milyon ABŞ dolları, 11 Martda keçirilmiş hərracda tələb 155 milyon ABŞ dolları, 12 Marta keçirilmiş hərracda 220,8 milyon ABŞ dolları, 13 martda keçirilmiş hərracda isə tələb 265,2 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, son 4 valyuta hərracında banklar 964,2 milyon dollar alıblar.
Bütün hərraclarda tələb tam təmin edilib.
Mərkəzi Bank narahatlığa əsas olmadığını, əhalinin və biznesin dollara artan tələbinin ödənilməsi üçün kifayət qədər xarici valyuta olduğunu bəyan edib.
Eləcə də bax: Azərbaycan vətəndaşlarının dollara olan hazırkı orta - TƏLƏBİ AÇIQLANDI
Marja