Azərbaycan Mərkəzi Bankı 12 mart 2020-ci il tarixində Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirib.
Qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.
Hərracda tələb 220,8 mln.ABŞ dolları təşkil etmişdir ki, bu da qrafik üzrə 10 mart 2020-ci il tarixində keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 mln.ABŞ dolları və ya 32% az olub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.