2024-cü il yanvar ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 milyard 182,9 milyon manat təşkil edib.
FED.az bu barədə” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bunun da 17 milyard 736 milyon manatı Bakı şəhərinin payına düşüb.
Ümumilikdə ölkə üzrə ümumi kreditlərin faiz dərəcəsi 12,58% təşkil edib. Milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 14,31% olub. Respublika üzrə ümumilikdə milli valyutada verilən kreditlərin məbləği isə 18 milyard 816 milyon 130 min manat təşkil edib.
Bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinin payına düşüb. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11.09%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 12.96% təşkil edib. Milli valyuatada verilən kreditlərin məbləği isə 13 milyard 542 milyon 611 min manat olub.
Hesabat dövründə ən bahalı və ən yüksək faizli kreditlər Dağlıq-Şirvan iqtisadi rayonuna (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib.
Bu regiona banklar tərəfindən kredit qoyuluşu 160 milyon 180 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.68%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.70% olub. Milli valyutada bu regionlara verilənlərin kreditlərin məbləği isə 159 milyon 883 min manat olub.
Ətraflı cədvəldə:
Regionların adı |
Cəmi (min manat) |
orta % dərəcəsi |
ONDAN |
|
milli valyutada |
||||
məbləğ (min manat) |
orta % dərəcəsi |
|||
Azərbaycan Respublikası |
23,182,961 |
12.58% |
18,816,130 |
14.31% |
Bakı iqtisadi rayonu |
17,736,016 |
11.09% |
13,542,611 |
12.96% |
Abşeron-Xızı iqtisadi rayonu |
848,675 |
15.88% |
812,448 |
16.34% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
707,165 |
16.71% |
687,734 |
17.04% |
Lənkəran-Astara iqtisadi rayonu |
545,720 |
19.03% |
543,750 |
19.07% |
Mərkəzi Aran iqtisadi rayonu |
471,979 |
18.57% |
468,714 |
18.65% |
Şəki-Zaqatala iqtisadi rayonu |
449,952 |
16.36% |
385,267 |
18.02% |
Qazax-Tovuz iqtisadi rayonu |
437,732 |
18.38% |
428,651 |
18.65% |
Quba-Xaçmaz iqtisadi rayonu |
409,847 |
17.00% |
387,135 |
17.62% |
Qarabağ iqtisadi rayonu |
404,983 |
19.27% |
403,622 |
19.31% |
Naxçıvan iqtisadi rayonu |
384,300 |
13.59% |
383,825 |
13.60% |
Şirvan-Salyan iqtisadi rayonu |
376,807 |
18.71% |
365,065 |
19.13% |
Mil-Muğan iqtisadi rayonu |
249,606 |
18.91% |
247,424 |
19.02% |
Dağlıq Şirvan iqtisadi rayonu |
160,180 |
19.68% |
159,883 |
19.70% |