Azərbaycanda bank sektorunun ən çox qazanc əldə etdiyi və zərər etdiyi aylar məlum olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ildə banklar üçün hələlik ən yaxşı ay apreldir.
Eləcə də bax: Azərbaycanda banklar qiymətli kağızlara investisiyanı - ARTIRIB
Həmin ay bank sektoru ümumilikdə 224 milyon manat mənfəət əldə edib. Sonrakı yaxşı göstərici iyunda qeydə alınıb – 107,6 milyon manat mənfəət.
Bank sektorunun itirdiyi aylar isə may və iyuldur. Həmin aylarda bankirlər müvafiq olaraq 22,1 milyon manat və 27,2 milyon manat zərər ediblər.
Qeyd edıək ki, bank sektoru ilk 7 ayı ümumilikdə 406,2 milyon manat mənfəətlə başa vurub.
Bank sektorunun mənfəət-zərər göstəricisi ( yanvar-iyul, 2019)
Aylar üzrə |
Mənfəət – zərər |
Yanvar |
42,6 mln manat |
Fevral |
6,6 mln manat |
Mart |
74,7 mln manat |
Aprel |
224 mln manat |
May |
- 22.1 mln manat |
İyun |
107,6 mln manat |
İyul |
-27.2 mln manat |
Yanvar-iyul |
406,2 mln manat |