Bank

 Azərbaycanda 5 bankın qeyri - faiz xərci 300 mln manata yaxındır

 Azərbaycanda 5 bankın qeyri - faiz xərci 300 mln manata yaxındır | FED.az
10:39 10 Avq 2019
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5 - nin qeyri-faiz xərcinin cəmi 287.1 mln manatdır. FED.az Azərbaycanda bankların birinci yarısına olan maliyyə hesabatlarına istinadən xəbər verir ki, ən çox qeyri-faiz xərci “Kapital Banka” məxsusdur. Bankın qeyri-faiz xərci 96,6 mln manat olub. İkinci ən çox qeyri-faiz xərci 72,2 mln manatla Azərbaycan Beynəlxalq Bankına aid olub.

Üçlüyü 44,5 mln manatla “Bank of Baku” tamamlayır. Sıralamada 4-cü yerdə 43,7 mln manatla "PAŞA Bank", 5-ci sırada isə 30,1 mln manatla "Accessbank" qərarlaşıb.

 

Digər xəbərlər