Bank

“Azərbaycan Beynəlxalq Bank”ında 3 departament birləşdirilib, direktor - TƏYİN EDİLİB

“Azərbaycan Beynəlxalq Bank”ında 3 departament birləşdirilib, direktor - TƏYİN EDİLİB | FED.az
10:32 6 Noy 2019

Ölkənin ən böyük – dövlət bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya Texnologiyaları departamentinə yeni direktor təyinatı baş tutub.

FED.az xəbər verir ki, bu barədə Banker.az-a Banka yaxın mənbə bildirir.

Eləcə də bax: Beynəlxalq Bankda - YENİ TƏYİNAT

Məlumata əsasən adıçəkilən departamentə Samir Ağamalıyev təyin edilib, hansı ki, bundan öncə ABB-də Sistemlərinin idarə edilməsi departamentinin direktoru vəzifəsini daşıyırdı.

Məlumat üçün bildirək ki, əvvəl ABB-nin strukturunda informasiya texnologiyaları ilə bağı bankda 3 departament var idi.  Hazırda onlar birləşdirilib və departament kimi fəaliyyət göstərəcək.

Digər xəbərlər