2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların dövlət büdcəsinə ödədikləri mənfəət vergisi 241,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların mənfəət vergisi ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,7 milyon manat, yəni 13% artıb, lakin ötən ilin sonuna nəzərən 52,7 milyon manat, yəni 17,9% azalıb. Aylıq müqayisədə isə mənfəət vergisi 27,1 milyon manat, yəni 12,6% yüksəlib.
Xatırladaq ki, bankların mənfəət vergisi bu ilin oktyabrın 1-nə 214,5 milyon manat, ötən ilin sonunda 294,3 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 213,9 milyon manat təşkil edib.











