“Azər-Türk Bank” ASC cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
“Azər-Türk Bank”ın artan uğurlu maliyyə nəticələri – ƏSAS GƏLİR MƏNBƏLƏRİ HANSILARDI?
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 36 milyon 336 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 34 min manat (12,5%) çoxdur.
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 21 milyon 19 min manat (749 min manat / 3,7% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 11 milyon 644 min manat (2 milyon 281 min manat / 24,4% çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3 milyon 320 min manat (1 milyon 7 min manat / 43,5% çox) olub.
Hesabat dövründə bankın faiz xərcləri əvvəlki ilin birinci rübü ilə müqayisədə 1 milyon 790 min manat (9,8%) artaraq 19 milyon 940 min manata yüksəlib.
Depozitlər üzrə faiz xərcləri 18 milyon 141 min manat (1 milyon 455 min manat / 8,7% çox), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 1 milyon 263 min manat (147 min manat / 13,2% çox), qiymətli kağızlar üzrə faizlər 236 min manat (113 min manat / 32,4% az) təşkil edib.
Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri 191 min manata (18 min manat / 8,6% az), xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 3 milyon 954 min manata (586 min manat / 17,4% çox), digər xidmət növlərindən komisyon gəliri 6 milyon 87 min manata (1 milyon 185 min manat / 24,2% çox) bərabər olub.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 9 milyon 247 min manat (1 milyon 948 min manat / 26,7% çox), ümumi və inzibati xərclər 7 milyon 159 min manat (1 milyon 289 min manat / 22% çox), amortizasiya xərcləri 1 milyon 457 min manat (104 min manat / 7,7% çox) tutub.
Mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 392 min manat (19,2%) azalaraq 1 milyon 651 min manata düşüb.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 5 milyon 513 min manat olub. Ödənilmiş mənfəət vergisinin həcmi 967 min manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 4 milyon 546 min manata bərabər olub ki, bu da, illik müqayisədə 718 min manat və ya 18,8% çoxdur.
Cari ilin birinci rübünün sonuna bankın aktivlərinin həcmi 2 milyard 201 milyon manata yüksəlib. Bu, ötən ilin sonu ilə müqayisədə 245 milyon manatlıq və ya 12,5%-lik artım deməkdir.
Müştərilərə verilmiş kreditlər 814,7 milyon manat tutub ki, bu da, üç ayda 8,3 milyon manat (1%) çoxdur. Banklar və digər maliyyə institutlarındakı depozitlər 879 milyon 965 min manat (318 milyon 608 min manat / 56,8% çox), banklar və digər maliyyə institutlarına verilən kreditlər isə 17 milyon 250 min manat (10 milyon 474 min manat / 2,5 dəfə çox) olub.
Hesabat dövründə bankın öhdəlikləri ötən ilin sonuna nəzərən 234 milyon manat (12,7%) artaraq 2 milyard 79 milyon manata yüksəlib.
Bankdakı depozitlərin həcmi üç ayda 181 milyon manat (13,1%) artaraq 1 milyard 563 milyon manata çatıb. Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 210 milyon 833 min manat (12 milyon 496 min manat / 6,3% çox), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 262 milyon 922 min manat (56 milyon 71 min manat / 27,1% çox) təşkil edib.
2026-cı ilin birinci rübünün yekununda bankın kapitalı 122 milyon 60 min manat olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 11 milyon 341 min manat (10,2%) artım deməkdir.
Səhmdar kapitalı 21 milyon 500 min manat (27,2%) artaraq 100,5 milyon manata çatıb.
Bankın bölüşdürülməmiş mənfəəti isə 10 milyon 673 min manat (41,7%) azalaraq 14 milyon 924 min manata düşüb.
Bankın ümumi ehtiyatlarının həcmi 6 milyon 637 min manat olub ki, bu da, üç ay əvvəllə müqayisədə 515 min manat, yaxud da 8,4% artım deməkdir.







![“Azər-Türk Bank” birinci rübdə mənfəətini artırıb – [red]BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/2356031.png)
![“Azər-Türk Bank” birinci rübdə mənfəətini artırıb – [red]BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/2382840.jpeg)
![“Azər-Türk Bank” birinci rübdə mənfəətini artırıb – [red]BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/4947152.jpeg)









