Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Məlumat mərkəzinin (Data center) və Rezerv mərkəzinin yenilənməsi
Tenderin elan tarixi: 13.06.2022
Tenderin son tarixi : 05.07.2022
Tenderdə iştirak etmək istəyən şirkətlərin Məlumat Mərkəzinin qurulması, Rezerv mərkəzinin həlli və ona uyğun şəbəkənin qurulması üzrə təcrübəsi olmalıdır.Şirkətlərdən müvafiq sahə üzrə ən azı 5 (beş) il iş fəaliyyətinin olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 31.07.2022 tarixinə kimi qüvvədə olmalıdır;
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər sifariş haqqında məlumatları əldə etmək üçün 20.06.2022 tarixinə kimi [email protected] elektron ünvanına yazmaqla tenderdə iştirakını təsdiq etməlidir.
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.. Yuxarıda sadalanan sənədlər qiymət təklifləri ilə birlikdə 05.07.2022-tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.