Şirkətinizin hesabında kifayət qədər vəsait yoxdur, sizin isə təcili ödənişləriniz var? AccessBank-ın təklifi ilə hesabınızdakı sıfır elə də pis deyil!
Overdraft ilə siz pulu lazımi anda və tez bir zamanda əldə edib, qısamüddətli likvidlik problemini rahatlıqla həll edə bilərsiniz.
Overdraftın üstünlüyü nədədir? Pul vəsaitinə müvəqqəti ehtiyacı yaranan müştərilər üçün kredit məhsuludur və hesabdakı vəsaitdən daha artıq ödəniş etmək imkanı verir. Məhsul üzrə limit müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. Overdraft müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər. Ödəniş müştərinin hesabına pul vəsaitlərinin daxil olması ilə avtomatik sürətdə baş verir.
AccessBank overdraftdan yararlanmaq istəyən müştərilərinə asan rəsmiləşdirmə, girovsuz verilmə imkanı, yanlız istifadə olunan məbləğə faizin hesablanması, overdraft borcu ödənilən kimi limitdən təkrar istifadə imkanı yaradır.
AccessBank ilə işləriniz qaydasında gedəcək!
Ətraflı məlumatı Bankın rəsmi saytından, Facebook və Instagram səhifələrindən, eləcə də 151 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank-ın overdraft təklifi ilə hesabınızdakı sıfır elə də pis deyil!
11:38
27 May 2019