“Accesbank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə vəziyyətini açıqlayıb.
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən - 100 ŞİRKƏTİ SIRASINDA
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 473 min manat (17,8%) artaraq 69 milyon 456 min manata çatıb.
Müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 65 milyon 874 min manat olub. Bu, 2025-ci ilin ilk üç ayı ilə müqayisədə 9 milyon 527 min manat (16,9%) çoxdur.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 349 min manat (124 min manat və ya 10,1% çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 121 min manat (4,4 dəfə) artaraq 1 milyon 453 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 299 min manat (27,7%) azalaraq 780 min manat olub.
Bankın faiz xərcləri 28 milyon 422 min manat təşkil edib. Bu, illik müqayisədə 5 milyon 631 min manat (24,7%) çoxdur.
Depozitlər üzrə faizlər 21 milyon 395 min manat (4 milyon 91 min manat və ya 23,6% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 291 min manat (76 min manat və ya 35,4% çox), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 6 milyon 736 min manat (1 milyon 472 min manat və ya 28% çox) olub.
Alınan haqq və kommisiya gəliri 616 min manat (15,6%) artaraq 4 milyon 568 min manata yüksəlib. Xarici valyutadan zərər (məzənnə dəyişməsi daxil olmaqla) 100 min manat (22,9%) azalaraq 337 min manata düşüb.
Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 13 milyon 738 min manat (1,7 milyon manat və ya 14,1% çox), ümumi və inzibati xərclər 6 milyon 719 min manat (1 milyon 112 min manat və ya 19,8% çox), amortizasiya xərcləri 1 milyon 570 min manat (479 min manat və ya 23,4% az) olub.
Hesabat dövründə bankın ümumi mənfəəti 16 milyon 244 min manat təşkil edib. Ödənilmiş mənfəət vergisinin həcmi 3 milyon 249 min manat olub. Mənfəət vergisi ödənildikdən sonra xalis mənfəət 12 milyon 995 min manat təşkil edib ki, bu da, illik müqayisədə 2 milyon 946 min manat (29,3%) artım deməkdir.
Hesabat dövründə bankın aktivlərinin həcmi 1 milyard 771 milyon 869 min manat təşkil edərək ötən ilin sonu ilə müqayisədə 1,5 milyon manat (0,1%) artım göstərib.
Bankın müştərilərə verilmiş kreditlərinin həcmi 1 milyard 341,3 milyon manat olub ki, bu da, 3 ayda 7 milyon 105 min manat (0,5%) artım deməkdir.
Ticarət və investisiya qiymətli kağızları üzrə aktivlər 40 milyon 711 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 2 milyon 81 min manat (4,9%) azdır.
Banklar və digər maliyyə institutlarındakı depozitlər isə son üç ayda 2 milyon 376 min manat (1%) 231 milyon 718 min manata düşüb.
2026-cı ilin birinci rübünün sonunda “Accesbank”ın öhdəliklərinin həcmi 1 milyard 525,7 milyon manat təşkil edib. Bu üç ay ərzində 12 milyon manat (0,8%) azalma deməkdir.
Bankdakı depozitlər 35 milyon 841 min manat (3,2%) azalaraq 1 milyard 96,5 milyon manata düşüb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 356 milyon 741 min manat təşkil etməklə, 3 ay ərzində 21 milyon 303 min manatlıq (6,4%) artım göstərib.
Cari ilin birinci rübünün sonuna bankın cəmi kapitalı 246 milyon manat olub. Bu, ötən ilin sonuna nəzərən 13,5 milyon manat (5,8%) çoxdur.
Səhmdar kapitalı dəyişilməyərək 121,7 milyon manata bərabər olub.
Bölüşdürülməmiş mənfəət 110 milyon manat təşkil edib ki, bu da, 3 ayda 13 milyon manat (13,4%) artım deməkdir.
Ümumi ehtiyatlar isə ötən ilin sonundan bəri 484 min manat və ya 3,5% artaraq 14 milyon 292 min manata çatıb.







![“Accesbank” xalis mənfəətini artırıb –[red] BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/3124498.jpg)
![“Accesbank” xalis mənfəətini artırıb –[red] BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/3386317.jpeg)
![“Accesbank” xalis mənfəətini artırıb –[red] BANK BÖYÜYÜB - HESABAT[/red] | FED.az](upload/news/small/1399739.jpeg)









