31 iyul 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2944 ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 1,2% çoxdur.
Eləcə də bax: İyulda Azərbaycanda 12 bank filialı - BAĞLANIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulun sonuna Bakıda 1554 ədəd (azalma 0,4%), bölgələrdə 1390 ədəd (artım 3,2%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 70,663 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 16% çoxdur.
Bununla yanaşı, Bakıda 47,374 min ədəd (artım 16,8%), regionlarda 23,289 min ədəd (artım 14,4%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 69,158 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb. (İnterfaks-Azərbaycan)