"Elabuqa" zavodunda Rusiyanın dəbdəbəli yolsuzluq avtomobili Aurus Komendant-ın seriya istehsalına başlanılıb.
“Moskviç” avtomobillərinin seriyalı istehsalına - BAŞLANDI
FED.az xəbər veri ki, bu barədə avtomobil istehsalçısı bildirib.
"Tatarıstan Respublikasının "Alabuqa" xüsusi iqtisadi zonasındakı Aurus zavodunda Aurus Komendant-ın seriyalı istehsalı prosesinə başlanılıb. Bu, ölkəmizdə istehsal olunacaq ilk rus lüks yolsuzluq avtomobilidir. Əksər ehtiyat hissələri Rusiya istehsalçıları tərəfindən təmin edilir”, - məlumatda deyilir.
"Hazırda yerli tədarükçülərin payı 70%-ə çatıb. Bura avtomobilin bütün əsas komponentləri - elektrik, transmissiya, elektronika, interyer və dekorativ hissələr daxildir", - avtomobil istehsalçısı qeyd edib.
Sentyabrda Aurus Komendant-ın təqdimatı zamanı bildirilmişdi ki, avtomobilin kommersiya satışı 2023-cü ilin birinci rübündə başlayacaq və başlanğıc qiyməti 33,7 milyon rubl (cari məzənnə ilə 944 min manat) təşkil edəcək. Öncədən sifariş artıq mövcuddur.
Aurus Komendant avtomobili 598 at gücünə malik 880 Nm və 4,4 litr həcmli V8 Tvin-turbo mühərriklə təchiz edilir.
Aurus, hazırda sırasına limuzin, sedan və yolsuzluq avtomobili daxil olan ilk rus "lüks" avtomobil markasıdır. (Marja)