Azərbaycanda intensiv yağış səbəbindən bəzi yollarda fəsadlar əmələ gəlib, nəticədə onlarla avtomobilə ziyan dəyib, sürücülər maddi zərərə uğrayıb.
Sabunçuda maşınlar su altında qalıb - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, normadan artıq yağan yağış bəzi yollarda fəsadlara da səbəb olub.
Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı - KİM ÖDƏMƏLİDİR?
Nəticədə əmələ gələn çökmələr və çuxurlar sürücülər üçün sözün həqiqi mənasında tələ əmələ gətirib. Bir çox sürücünün avtomobili belə yollarda nasaz vəziyyətə düşüb.
Obyekti su basmasına görə kimlər sığorta ödənişi ala bilər? – ARAŞDIRMA
Bəs, dəyən zərəri kim qarşılayacaq? Sürücülər arasında aparıdğımız sorğudan belə aydın oldu ki, çökən yollarda avtomobilə dəyən ziyanı elə özləri qarşılayıblar.
Qanuna əsasən isə, yolda yaranan çökmə, maneə və ya aididyyəti qurumun həll etmədiyi bir problem səbəbindən avtomobilə ziyan dəyirsə, bu halda zərəri həmin qurum qarşılamalıdır.
Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun üçün həmin sürücü aidiyyəti quruma mürcaiət etməlidir.
Ekspert onu da qeyd edib ki, əgər zərərin qarşılanmasından imtina edilərsə, bu zaman vətəndaş məhkəməyə müraciət edə bilər. Əsas məsələ isə həmin problemə cavabdeh olan qurumu düzgün müəyyən etməkdir.











