Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Zəmanət üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
• Zəmanət büdcəsinin hazırlanması və idarə edilməsi;
• İstehsalçının qlobal zəmanət siyasətinin yerli bazarla müqayisəsi, inteqrasiyası və adaptasiyası;
• Yerli zəmanət normalarının tətbiqi və idarə edilməsi;
• Məhsulun sıradan çıxması halının araşdırılması, təmirinin koordinasiyası üzrə məsuliyyət;
• Müştəri ilə əlaqə və sahə xidmət personalı;
• Zəmanətlə bağlı bütün məlumatların əldə edilməsi və saxlanılması;
• İstehsalçı və dilerlər arasında əlaqə;
• Başlanğıcdan sonadək zəmanət iddialarının idarə edilməsi;
• Dəyişikliklərin idarə edilməsi məqsədilə çarpaz funksional şəkildə istifadə edilə biləcək dəqiq və müfəssəl hesabatların və proseslərin hazırlanması;
• Şərtlər və qaydalar da daxil olmaqla zəmanətin əhatə etdiyi sahələri, eləcə də müştəri şikayətləri ilə bağlı danışıqların aparılması;
• İstehsalçının göstərişi ilə bütün məhsul məlumat kitabçalarının və geri çağırmaların koordinasiya edilməsi;
• Xidmət və ya sahə məsələlərinin, eləcə də problemlərinin aradan qaldırılması və həlli məqsədilə korporativ departamentlərlə əlaqəli şəkildə işləmək;
• Xərclərin, qrafik və iş qabiliyyətinin təyin edilmiş təlimatlara uyğun şəkildə nəzarət və idarə olunmasının təmin edilməsi məqsədilə iddiaların izlənməsi, təhlili və yoxlanması;
• Diler şəbəkəsi daxilində yüksək səviyyəli zəmanət biliyi və məlumatlılığının qurulması və saxlanması;
• Zəmanətlə bağlı təmir işləri üçün ehtiyat hissələrinin inventarının idarə edilməsi;
• Dilerlikdə zəmanət məsələləri daxil olmaqla daxili zəmanət işçi heyətinin idarə edilməsi;
• Daxili əmək tariflərinin hesablanması;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirilməsi.
Namizədlərə tələblər:
• Yaş: 20-40;
• Mexanik və ya avtomatika mühəndisliyi üzrə texniki təhsil;
• Biznes idarəetmə keyfiyyətləri;
• Zəmanət prosesləri və məsələləri ilə bağlı çox yaxşı bilik səviyyəsi;
• Azərbaycan rus və ingilis dillərini bilməli, əlavə hər hansı bir Avropa dili üstünlükdür;
• MS Office proqramlarında işləmə bacarığı;
• Analitik bacarıqlar;
• Motivasiyalı və digərlərinə motivasiya verə bilmə qabiliyyəti;
• Yaxşı ritorik və ünsiyyət bacarıqları;
• Nümunəvi və diplomatik görünüş;
• Təqdimat üsulları bacarığı;
• Dilerliyin bütün səviyyələrində əmin şəkildə danışıqlar aparma bacarığı;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalısı.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Zəmanət üzrə menecer" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.