2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 27 milyon 781 min dollar dəyərində 35 min 362 ton xurma ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 53 min dollar və ya 89%, miqdar ifadəsilə 15 min 114 ton və ya 75 % artıb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 14 milyon 727 min dollar dəyərində 20 min 248 ton xurma ixrac olunmuşdu.
1 kq xurmanın orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 1,34 manata başa gəlib ki, bu da illik müqayisədə 0,10 manat (9%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə xurmanın orta ixrac qiyməti 1,24 manata başa gəlib.