Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 10 müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.
"Xarici şirkətlər müstəqil olaraq öz məhsullarını Azərbaycan fermerlərinə təklif edə bilər"
FED.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, həmin müəssisələr heyvandarlıq məhsulları, həmçinin yem və yem əlavələri istehsal edir. Qərar "Rosselxoznadzor"un müəssisələrin Azərbaycanın normativ tələblərinə uyğunluğu ilə bağlı verdiyi təminat əsasında qəbul edilib.
Hazırda 1 190-dan çox Rusiya şirkətinin Azərbaycana mal ixrac etmək hüququ var. (Report)