Cəlilabad rayonunda çiyələk yığımı davam edir.
Cəlilabadda intensiv yağıntılar bu il çiyələyin məhsuldarlığını 30% azaldıb
FED.az xəbər verir ki, bu il rayon ərazisində 606 hektar sahədə çiyələk bitkisi əkilib.
Sahələrdən bu günə qədər 15 min 850 tondan çox məhsul yığılıb. Bu il hər hektar üçün orta məhsuldarlıq 26,16 ton təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 25,41 ton olub.
Həmçinin yığılan məhsulun 11 min 945,5 tonu Rusiya, Belarus və ərəb ölkələrinə ixrac olunub.
Hazırda sahələrdən məhsulun yığımı davam etdirilir. (Report)