Cari ilin mayında ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda çiyələyin məhsuldarlığına mənfi təsir göstərib.
Bölgələrdə 1 manata satılan gilas paytaxt bazarlarında 9-a satılır - Səbəb nədir? - VİDEO
FED.az xəbər verir ki, bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.
Belə ki, ötən il 506 hektar sahədə 10 min 150 ton çiyələk məhsulu yetişdirilib. Bu il isə, 606 hektar sahədə 7 min 200 ton məhsul istehsal olunub. Bu isə məhsuldarlığın 1,5 dəfə - 30 % azalması deməkdir.
Fermerlərin sözlərinə görə, yağışlar yetişmiş məhsulu zədələdiyi üçün məhsul çürüyüb. Nəticədə belə bir vəziyyət yaranıb. (Report)