Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan”) çərçivəsində mayın 17-də II Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı təşkil olunacaq.
FED.az xəbər verir ki, sərginin təşkilatçı şirkəti olan "Caspian Event Organisers"dən verilən məlumata görə, konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunacaq.
Eləcə də bax: Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi işə başlayır
Konfransda “Codex Alimentarius standartları: Yerli qanunvericilik və beynəlxalq harmonizasiya”, “Risklərə əsaslanan idxal qaydaları”, “HACPP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri”, “Qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi” kimi mövzular müzakirə ediləcək.
Qeyd edək ki, “WorldFood Azerbaijan” sərgisi 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.