2024-cü ildə Azərbaycandan xarici bazarlara pomidor ixracında 3,6% artım qeydə alınıb.
Azərbaycanın çay idxalı ixracını 18 dəfədən çox üstələyib
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb.
Ötən il ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib. 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175 milyon 430.4 min dollar dəyərində 145 min 603.2 ton pomidor ixrac edilib.
Qeyd edilib ki, 2023-cü ildə xarici bazarlara 161 milyon 957.0 min dollar dəyərində 140 min 588.0 ton pomidor ixrac edilmişdi. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6%, dəyəri isə 8,3% artıb.