2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 67 milyon 715 min dollar həcmində 12 min 893 ton çay idxal edilib.
Çay ixracı Azərbaycana 11 ayda 5,9 milyon dollar - VALYUTA GƏTİRİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 944 min dollar və ya 4,54% artıb, miqdar ifadəsində isə 416 ton, başqa sözlə, 3,33% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 64 milyon 771 min dollar dəyərində 12 min 477 ton çay idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən çayın 1 kiloqramının orta dəyəri 8 manat 93 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 82 qəpik idi. Bu da illik müqayisədə 11 qəpik və ya 1,25% artım deməkdir.
Bu il ümumi idxalın 0,36%-i çayın payına düşüb.