Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.
Azərbaycanın quşçuluq şirkətləri bir sıra problem ilə üzləşib - TOYUQ ƏTİ QITLAŞA BİLƏR
FED.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.
Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.
Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.