Xankəndi şəhərində pərakəndə istehsal sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.
Sənaye və texnologiyalar parkının rezidenti üçün – VERGİ GÜZƏŞTİ NƏYƏ AİDDİR VƏ NƏ VAXT İŞƏ DÜŞÜR?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə məlumat verib.
Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, işçilərlə əmək müqavilələrinin bağlanması, vergi hesabatlarının qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə vergi ödəyicilərinin qanunvericiliyin tətbiqi ilə bağlı sualları cavablandırılıb.










