Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsində qeyd edilib ki, aylıq əməkhaqqı məbləği 2.500 manatadək olduqda 3 faiz, 2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi, 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi vergiyə cəld edilir. Məcəllənin 101.1-1.1-ci maddəsində əməkhaqqından 200 manat çıxmaqla vergiyə cəlbolunma qeyd edilməyib. Bəs əməkhaqqı hesablayarkən 200 manat çıxılmaqla vergiyə cəlb edilir, yoxsa birbaşa 3 faizə vurmaqla hesablanır?
Sənaye və texnologiyalar parkının rezidenti üçün – VERGİ GÜZƏŞTİ NƏYƏ AİDDİR VƏ NƏ VAXT İŞƏ DÜŞÜR?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi










