Makro 2000
İnşaat sahəsi üzrə layihəçi texnoloq
Son tarix 06 sen 2024 [email protected]
Tələblər:
- Müvafiq sahədə ən azı 3 il peşəkar iş təcrübəsi
- Ali təhsil ( İnşaat,tikinti,sənaye,mülki tikinti üzrə)
- Layihələrin texnoloji bazasının dəqiq çıxarılması ;
- MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
- İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları
İş təsviri :
- Texnoloji layihələrin hazırlanması ;
- Texnoloji layihələrin hesablarının çıxarılması ;
- Layihə hesablatlarının FHN və digər qurumlarda ekspertiziyadan keçirilməsi ;
- Layihə üzrə texnoloji avadanlıq gərəkliliyi və sayının çıxarılması ;
İş şəraiti:
- Iş rejimi : 1-6 günlər
- Saat : 09:00 – 18:00
- Əmək haqqı : razılaşma əsasında
- İş yeri : Bakı ş., S.Vurğun., “28 May” ərazisi, “Qış Parkı”nın yanı, World Business Center, 3 – cü mərtəbə.
Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Layihəçi Texnoloq” qeyd edərək , Cv – lərini mail ünvanına yollaya bilərlər.
Smeta mühəndisi
Son tarix 06 sen 2024 -[email protected]
Tələblər:
- Müvafiq sahədə ən azı 3 il peşəkar iş təcrübəsi
- Ali təhsil ( İnşaat,tikinti,sənaye,mülki tikinti üzrə)
- Eskiz və işçi layihəni oxuma bacarığı
- MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
- İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları
İş təsviri :
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Vahid qiymət analizləri;
- Aralıq ödənişlərinə nəzarət;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
- Tikinti materialları və inventarına nəzarət;
- Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
- Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi.
- BOQ qiymətləndirmə.
İş şəraiti:
- Iş rejimi : 1-6 günlər
- Saat : 09:00 – 18:00
- Əmək haqqı : razılaşma əsasında
- İş yeri : Bakı ş., S.Vurğun., “28 May” ərazisi, “Qış Parkı”nın yanı, World Business Center, 3 – cü mərtəbə.
Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Smeta mühəndisi” qeyd edərək, Cv-lərini mail ünvanına yollaya bilərlər
İstilik, ventilyasiya sistemləri üzrə layihəçi mühəndis
Son tarix 06 sen 2024 [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə ali ixtisas təhsili;
- Müvafiq sahədə ən azı 3 il təcrübə;
- Kompüter bilikləri:
- AutoCADproqramında işləmə bacarığı;
- MS Office və xüsusi proqram təminatlarındasərbəst işləmə bacarığı;
- Layihəyə nəzarət bacarığına malik olmaq;
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- İşgüzar və məsuliyyətli olmaq.
İş təsviri :
- İstilik, ventilyasiya üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Sənaye təyinatlı və digər bina və obyektlərdə istilik, ventilyasiya və kondisionerləşdirməsistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki hesablamaları aparmaq;
- Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün mühəndis və layihələndirmə proqram paketindən istifadə etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək; ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət etmək;
- Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan norma, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək layihəni müdafiə etmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılmasında iştirak etmək.
Bilməlidir:
- İşinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və rəhbər materialları;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydalarını;
- Materialları və aksesuarları tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
- Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri;
- Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları;
- Tədqiqatların və işlənib hazırlanmış işlərin texniki hesabatların aparılması metodlarını;
- Elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübələri;
- Sxemləri tərtib etməyi;
İş şərtləri :
- Iş rejimi : 1-6 günlər
- Saat : 09:00 – 18:00
- Əmək haqqı : razılaşma əsasında
- İş yeri : Bakı ş., S.Vurğun., “28 May” ərazisi, “Qış Parkı”nın yanı, World Business Center, 3 – cü mərtəbə.
Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun LAYİHƏÇİ mühəndisləri, mövzu bölümünə İstilik, ventilyasiya sistemləri üzrə layihəçi mühəndis qeyd edərək Cv – lərini [email protected] mail ünvanına yollaya bilərlər
Su kanalizasiya təchizatı üzrə layihəçi mühəndis
Son tarix 06 sen 2024 [email protected]
Tələblər:
- Təhsil Ali təhsil (Memarlıq və İnşaat Universiteti-Su Təsərrüfatı);
- Mühəndis vəzifəsində 3 il iş təcrübəsi;
- Kompüter bilikləri MS ofice, Word, Excell, AutoCAD
- Komandada işləmək bacarığı.
İş təsviri :
- Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun su və kanalizasiya sistemlərini işlərini TAM LAYİHƏLƏNDİRMƏK; (SAHƏDAXİLİ VƏ BİNADAXİLİ) ;
- Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
- Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
İş şərtləri :
- İş vaxtı: 1-6 günlər
- Saat : 09:00 – 18:00
- Əmək haqqı : razılaşma əsasında
- İş yeri : Bakı ş., S.Vurğun., “28 May” ərazisi, “Qış Parkı”nın yanı, World Business Center, 3 – cü mərtəbə.
Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun LAYİHƏÇİ mühəndisləri, Cv – lərini mövzu bölümünə “Su kanalizasiya təchizatı üzrə layihəçi mühəndis” yazaraq mail ünvanına yollaya bilərlər.
Memar
Son tarix 06 sen 2024 [email protected]
Tələblər :
- Təhsil : Ali (memarlıq ixtisası üzrə)
- İş təcrübəsi : 2 il
- Yaş : 22 - 40
- AutoCAD, 3DSmax , Photoshop
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı
İş təsviri :
- Eskiz və işçi layihələrinin hazırlanması
- Baş planların hazırlanması
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması
- İlkin eskizin/cizginin hazırlanması
- Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması
- Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi
- Əmək şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- İş vaxtı saat 09.00-dan 18.00-dək
- Əmək haqqı : razılaşma əsasında
- İş yeri : Bakı ş., S.Vurğun., “28 May” ərazisi, “Qış Parkı”nın yanı, World Business Center, 3 – cü mərtəbə.
Qeyd olunan tələbləri qarşılayan şəxslər mövzu hissəsində “Memar” qeyd edərək, Cv – lərini mail ünvanına yollaya bilərlər.
Formen (Ağdam)
Son tarix 06 sen 2024 [email protected]
Tələblər:
- Təhsil : İnşaat mühəndisi ixtisası üzrə ali təhsil
- İş təcrübəsi : 2 il
- Yaş : 25 yaşdan yuxarı
- Cins : Kişi
Şəxsi keyfiyyətlər :
- Təmir-tikinti-bərpa işlərin sahədə icrasına nəzarət vəzifəsində ən azı 2 il iş təcrübəsi ;
- Texniki problemlərin həllində güclü qərar vermə qabiliyyəti;
- Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi;
- Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtlərin biliyi;
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığına malik olmalı;
- Microsoft office üzrə biliklərə malik olmalı;
İş təsviri
- Ustaların vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol edilməsi;
- Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil edilməsi;
- İşçilərin öhdəkiliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul edilməsi;
- İşlərin planda qeyd edilən formada və zamanında təhvil verilməzinə nəzarət etmək;
- Layihələrə və tikintiyə nəzarət.
İş şərtləri :
- Əmək haqqı : razılaşma əsasında
- İş rejimi : 09:00 – 18:00
- Ünvan : Qarabağ -Ağdam
Qeyd olunan tələbləri qarşılayan şəxslər mövzu hissəsində “Formen” qeyd edərək,
Cv – lərini mail ünvanına yollaya bilərlər
Sahə rəisi (Şuşa)
Son tarix 06 sen 2024 [email protected]
Tələblər:
- Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 5 illik təcrübə
- Komputer bilikləri: Autocad; Microsoft Office;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
- Regionlara ezamiyyətə getmək imkanı olmalıdır;
- Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
- Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
İş təsviri
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
- Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;
- Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
- Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;
- Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;
- Layihə üzrə Biznes Risklərin, həmçinin layihənin gündəlik olaraq meydana çıxan çətinliklərinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
- Layihə üzrə davamlı hesabatlılığın həyata keçirilməsi, layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatların təqdim edilməsi;
- Layihə üzrə məlumatların optimal surətdə paylaşılmasını təmin etmək, Layihə sənədləşməsinin layihə tələblərinə və şirkətin daxili prosedurlarına uyğun olaraq aparılmasını təmin etmək, onların müvafiq surətdə saxlanılmasına və istifadəsinə nəzarət etmək;
- Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
İş şərtləri :
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;
- Ünvan: Qarabağ, Ağdam
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə Rəisi” yazaraq email ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır