VIP Xidmətlər Qrupu MMC
Ərzaq məhsulları üzrə əmtəəşünas (hava limanı)
Son tarix 15 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsal sahələrində istifadə olunan mal və materialların ekspeditor vasitəsilə təchizatçıdan qəbulunu təşkil etmək;
- Malların növ və xüsusiyyətindən asılı olaraq ekspeditorun köməyi ilə FİFO (first in – first out) qaydasını nəzərə alaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
- Qəbul olunan malların 1C sistemində vaxtında mədaxil etmək;
- Anbarda və istehsalat sahələrində vaxtı keçmiş malların vaxtında təchizatçıya qaytarılmasını təmin etmək;
- Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin uçotunu aparmaq.
Vəzifə tələbləri:
- Cinsi: Kişi;
- Təhsil: Ali təhsil;
- Yaş həddi: 20 - 35 yaş;
- İş təcrübəsi: 1 ilədək;
- Dil bilikləri: İngilis və rus dillərini orta səviyyədə bilmək (A2-B1);
- Kollektivdə işləmək bacarığı;
- Əmək intizamına riayət.
Əmək şəraiti:
- Əmək haqqı: 950 AZN;
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyat və nahar ilə təmin etmə.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Ərzaq məhsulları üzrə əmtəəşünas” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.