Twins Group
Hüquqşünas-HR
Son tarix 22 iyn 2024 - [email protected]
Vəzifə öhdəliyi:
- Əsas əməliyyat işə qəbul prosesini həyata keçirmək, müsahibələri aparmaq və pozisiyalar üzrə uyğun işçi tapmaq
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
- Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət edir;
- Vergi və əmək qanunvericiliyi sahəsində dəyişiklikləri yaxından izləyir, mövcudvəziyyət barədə rəhbərliyə və cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərə məlumat verir, əmrlərin,təlimatların, daxili prosedur qaydalarının və digər hüquqi aktların lahiyələrinin qanunvericiliktələblərinə uyğun olmasına nəzarəti həyata keçirir və zəruri hallarda onların hazırlanmasındaiştirak edir
- Normativ-hüquqi öhdəliklər sahəsində baş vermiş dəyişiklilər barədə birbaşarəhbərinə müntəzəm məlumat verir
- Əmək münasibətləri sahəsində prosedurların yerinə yetirilməsinə nəzarət edir;
- Cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin fəaliyyəti ilə bağlılazımi lisenziya, sertifikatlaşdırma, akkreditasiya işlərində müvafiq hüquqi yardım göstərir,əmtəə nişanlarının qeydiyyatını aparı
- Cəmiyyətin apardığı danışıqlarda və mübahisələrin həllində təmsilçi rolunda çıxış edir, rəhbərliyin vermiş olduğu göstərişləri yerinə yetirir;
- Müxtəlif təyinatlı (kommersiya, əmək, sığorta, logistika, ixrac və s.) müqavilələr,sertifikatlar, memorandumlar və digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmaprosesində iştirak edir, eyni zamanda hazır sənədlərin hüquqi ekspertizasını həyata keçirir vərəy yazır;
- Sənədlərə hüquqi cəhətdən düzəliş (redaktə) edir, ehtiyac olduqda bu barədəmüvafiq işçiləri məlumatlandırır
- Məhkəmələrdə və ya dövlət orqanları qarşısında cəmiyyəti təmsil edir,cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatını hazırlayır və bu barədə birbaşa rəhbərini məlumatlandırır
- Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədəuyğunluğunumüəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirir
- Rəhbərliyə mətbuatda gedən məlumatlarla bağlı, həmçinin digər məsəslələrüzrə müntəzəm şifahi və yazılı məlumatlar verir
Namizədə Tələblər:
- Ali təhsil
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Stresə davamlı
- Ofis proqramlarında işləmə bacarığı
- Səliqəli və ciddi xarici görünüş
Təminatlar:
- İş qrafiki: 09:00-18:00.
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Əmək haqqı: 600-800
Vakansiyaya uyğun namizədlər CV-lərini “HR” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Logistika üzrə mütəxəssis
Son tarix 22 iyn 2024 - [email protected]
Öhdəliklər:
- Cəmiyyətdə səlahiyyətli şəxslər tərəfindən təsdiq edilmiş sifarişlərin yüklənməsi üçün rəhbərliyin göstərişinə əsasən lazım olan sənədləri hazırlayır;
- Daşıma sənədlərinin hazırlanması prosesini icra edir, habelə Cəmiyyət üçün ən optimal nəqliyyat yolunu müəyyən edir.
- Nəqliyyatın planlaşdırılmasını və sifarişini həyata keçirir, eyni zamanda idxal və ixrac əməliyyatlarına
- Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərin, eyni zamanda gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlayır;
- Məntəqələrdən keçən bütün yüklərin məlumatlarının düzgünlüyünü yoxlayır;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim edir;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsi, qəbul olunan malların razılaşmaya uyğun olması, habelə ödənişlərin vaxtında ödənilməsi üçün rəhbərliyin göstərişlərini icra edir;
- Rəhbərliyin aidiyyəti işlərin icrası ilə bağlı verilən tapşırıqlarını vaxtında və vicdanla yerinə yetirir.
Namizədə Tələblər:
- Ali təhsil
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Ofis proqramlarında işləmə bacarığı
Təminatlar:
- İş qrafiki: 09:00-18:00.
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Əmək haqqı: 800-1200 azn
Vakansiyaya uyğun namizədlər CV-lərini “Logistika üzrə mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilər.