SAT Group
Event manager
Son tarix 21 fev 2026 - [email protected]
SAT Group ölkəmizin qabaqcıl təlim və konsaltinq şirkətlərindən biridir. Fəaliyyətə başladığı 2014-cü ildən indiyə kimi inşaat, bank, qida, pərakəndə, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda fəaliyyət göstərən 1500-dən artıq şirkətə satış, marketinq və ümumi idarəetmə istiqamətlərində uğurla biznes konsaltinqi və təlim xidmətləri həyata keçirmişdir. Şirkət olaraq əməkdaşlarımızın davamlı peşəkar inkişafını təmin etmək üçün təlim-inkişaf siyasəti qurulmuş və uğurla həyata keçirilməkdədir. Əməkdaşların rifahı bizim üçün daim prioritet işlərdən biridir. Burada sizi gənc, mehriban kollektiv gözləyir.
İş şəraiti:
- Ünvan: Xocalı prospekti 55, AGA Center
- Həftəlik iş qrafiki: 5 gün
- İş saatları: 10:00-19:00
- Tədbirlər olduğu zaman iş qrafiki dəyişir. Həftə sonu vəya axşamlar tədbirlər ola bilər.
- Əmək haqqı 800-1000 AZN (namizədin bacarıqlarından asılı olaraq dəyişilir). Əlavə olaraq təlimlərdə iştirak imkanı, mentor dəstəyi.
Tabe olduğu vəzifənin adı: Operation manager
Əmək funksiyaları:
- Bütün event və pr tədbirlərinin təşkilatçılığını həyata keçirmək (Forum, Masterclass)
- Teambuilding-lərin təşkil olunması və satışına dəstək
- Kontent yaradılması (korporativ təlimlər, qrup təlimləri, akademiyalar, konsaltinq layihələrindən videolar çəkilməsi)
Tələblər
- Təhsil tələbləri: Bakalavr
- Staja dair tələb: 1 il
İxtisas səriştələri:
- Təqdimetmə bacarığı
- Səlis nitq qabiliyyəti
- Planlama bacarığı
- kommunikasiya bacarığı
- nəzarət etmə bacarığı
- araşdırma bacarığı
- layihə idarəetmə bacarığı
- vaxtın idarəedilməsi bacarığı
- Pozitiv enerjili olmalı
- Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə
- Dil bilikləri: Azərbaycan dili – Əla
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











