Ramco CJSC
İş icraçısı (Yeni layihə)
Son tarix 01 dek 2022
Namizədə olan tələblər:
- Ali təhsil (İnşaat sahəsində),
- İş təcrübəsi-3 il,
- MS Office proqramlarında sərbəst işləmə bacarığı (Excel,Word,Power Point,Outlook),
- B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır,
- Tikinti materiallarının növlərini və xüsusiyyətlərini bilməli,
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı,
- Stressli şəraitdə işləmə bacarığı,
- Analitik düşüncə bacarığı.
Vəzifə öhdəlikləri:
- Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir;
- Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
- Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
- Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
- Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır.
İş şərtlərimiz:
- Əmək haqqı: 1300-1500 azn
- İş qrafiki : 6 günlük iş həftəsi,
- Nahar və ev şirkət tərəfindən təmin olunur
- Layihənin adı: “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası”
- Layihənin yerləşdiyi yer: Füzuli rayonu
Maraqlanan namizədlərdən öz CV-lərini email adresinə göndərmələri tələb olunur. Mövzu hissəsində "İş icraçısı" qeyd etməniz xahiş olunur.