Rabitabank OJSC
Hesabatlıq və Təhlil şöbəsinə Baş mütəxəssis/ Ekspert
Son tarix 18 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Bankın daxili təhlillərinin hazırlanması (məhsullar, layihələr və s. üzrə);
- Yeni və mövcud məhsulların maliyyə təhlili, bankın gəlirliyini və effektivliyini ölçən gündəlik və həftəlik hesabatların hazırlanması;
- İdarəetmə mühasibatlığının aparılması (ABC costing);
- Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
- Bankın bütün struktur bölmələrindən və filiallardan statistik məlumatların toplanması və təhlili;
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Maliyyə, uçot və ya iqtisadiyyat üzrə ali təhsil;
- Hesabatlıq, təhlil sahəsində 2 il iş təcrübəsi;
- Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
- BI Tools (Micro Strategy, Power BI), SQL bilikləri;
- Mükəmməl MS Excel biliyi;
- Maliyyə sahəsi üzrə analitik bilik və bacarıqlar;
- ACCA, CFA, CİMA sertifikatları üstünlük hesab olunur;
- Dəqiqlik, çeviklik, pozitivlik;
- Komandada işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Hesabatlıq və Təhlil şöbəsinə Baş mütəxəssis/Ekspert” yazaraq göndərə bilərlər.
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Risklərin İdarə Edilməsi şöbəsinin Mütəxəssisi /Aparıcı mütəxəssisi
Son tarix 04 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Kart əməliyyatları üzrə daxil olan şikayət, sorğuların araşdırılması və aidiyyatı üzrə cavablandırılması;
- Mastercard,Visa beynəlxalq ödəniş sistemlərinin online sistemda risk bildirişlərinə nəzarət və müştərinin müvafiq qaydada məlumatlandırılması;
- Etiraz (Chargeback) əməliyyatları üzrə prosesin müvafiq platformalarda aparılması;
- Risklərin idarə edilməsi üçün daxili qaydalara və proseslərə müntəzəm baxışlar keçirmək və rəhbərliyə zəruri təkliflər vermək;
- Beynəlxalq Ödəniş Sistemlərinin əməliyyat qaydalarına riayət etmək;
- Dünyada baş verən kart üzrə fırıldaqçılıq, elektron dələduzluq və kibercinayət hallarını izləmək və bu sahədə təcrübəni toplamaq və tətbiq etmək;
- Şöbə üzrə müvafiq aylıq hesabatların hazırlanması;
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimal 1 illik iş təcrübəsi;
- Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;
- Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus və İngilis dili biliyi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03.08.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart əməliyyatları departamenti, Risklərin idarə olunması şöbəsinin mütəxəssisi və ya aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33