Rabitabank OJSC
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə Ekspert
Son tarix 07 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
- Rəqəmsal məhsullar (İnternet Bankçılıq, Mobil Bankçılıq, Bot və.s) üzrə yeniliklərlə bağlı texniki şərtlər hazırlamaq, habelə bankda mövcud olanları inkişaf etdirmək və təkmilləşdirmək;
- Rəqəmsal xidmət kanallarını müəyyən etmək və satış sisteminin təkmilləşdirilməsi üzrə işləri apararaq müvafiq təkliflər vermək;
- Rəqəmsal məhsulların təkmilləşdirilməsi, onların effektivliyinin artırılması və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, müştəri xidməti və digər satış strukturları ilə bu istiqamətdə birgə fəaliyyəti qurmaq;
- Bazar araşdırması nəticəsində əldə olunan məlumatlar əsasında rəqəmsal məhsul və xidmətlərin yaxşılaşdırılması istiqamətində zəruri işləri görmək;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda /oxşar sahədə ən azı 2 il iş təcrübəsi;
- Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
- Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
- Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillilik;
- Öyrənməyə və şəxsi inkişafa meyillilik;
- Azərbaycan, Rus və İngilis dili üzrə biliklər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini 06.07.2023-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə Ekspert” yazaraq göndərə bilərlər
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.