Rabitabank OJSC
Xəzinədar (Bakı filialları üzrə)
Son tarix 07 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
- Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
- Müştərilərə xəzinə xidməti göstərir;
- Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
- Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
- Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
- Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
- Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır;
Vəzifəyə olan tələblər:
- Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
- Vətəndaş qüsürsuzluğuna malik olma;
- Kollektivdə işləmə bacarığı;
- Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olma;
- Nəzakətli, gülərüz olmaq;
- Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21.06.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq xəzinədar” göstərməyiniz xahiş olunur.