Rabitabank OJSC
Təşkilatı şöbədə Rəhbər assistenti
Son tarix 10 iyn 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəhbərin iş gününün təşkilində, səfərlərin, işgüzar görüşlərin qrafik üzrə planlaşdırılmasında iştirak etmək və onların vaxtında həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
- İdarə etmə orqanları arasında informasiya mübadiləsini həyata keçirmək;
- Bankın rəhbərliyi və digər idarəetmə orqanlarının qərarlarını hazırlamaq;
- Rəhbərliyin göstərişinə əsasən iclaslarının təşkilinə dair zəruri tədbirlər görmək;
- Edilən müraciətlər, habelə göstəriş əsasında aparılmış araşdırmalar və görülmüş işlər barədə hesabat vermək;
- Vəzifə öhdəliklərinə əsasən rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Uyğun vəzifədə ən azı 1 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və Rus dillərini mükəmməl (şifahi və yazılı) səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Yüksək peşəkar etika və biznes üslublu kommunikasiya bacarığı;
- Sənədlərlə işin təşkili və sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
- Yüksək kommunikasiya və yazılı ünsiyyət qabiliyyəti;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək öyrənmə qabiliyyəti və təşəbbüskarlıq.