Rabitabank OJSC
Biznesin İnkişafı şöbəsinə İnspektor/Aparıcı mütəxəssis
Son tarix 29 apr 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəqəmsal kanallar ilə biznes məhsulların çarpaz satışının və xidmətinin görülməsində bir başa iştirak etmək, satışının artırılması məqsədi ilə müştərilərlə birbaşa çalışmaq;
- Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və həlli üçün təkliflərin irəli sürülməsi;
- Rəqəmsal kanal üzərindən daxil olan əmək haqqı layihələri üzrə sifarişlərin icrası;
- Rəqəmsal kanal üzərindən daxil olan biznes hesab və biznes kartların açılmanın icrası;
- Qeyri kredit məhsullarının çarpaz satış hesabatlarının hazırlanması, portfelə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Rəqəmsal kanal üzərindən daxil olan digər biznes məhsulların icrası tamamlamaq;
- Müştəri sorğularının icrasına dəstək.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda 12 ay iş təcrübəsi(Biznes məhsullarının satışı və xidməti üzrə çalışmış namizədlərə üstünlük verilir);
- Satış texnikasına dair bilik və təcrübəyə malik olmaq;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Yüksək kommunikasıya qabiliyyətinə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək(Rus və ya ingilis dili bilən şəxslərə üstünlük verilir);
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq.
Hüquq departamentinin Korporativ hüquq şöbəsinin rəis müavini
Son tarix 29 apr 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Bankın fəaliyyətində qanunvericiliyə riayət olunması, onun hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Bankın fəaliyyətində meydana çıxan bütün hüquqi məsələlər üzrə rəylərin hazırlanmasını təmin etmək;
- Bankın idarəetmə orqanlarının qərarlarının (əmrlərinin) və digər normativ sənədlərin layihələrin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair rəylərin verilməsini təmin etmək;
- Rəhbərliyin göstərişi əsasında Bankın hüquqi işlərinə aid bütün növ sənədlərin hazırlanması və onların mütəmadi yoxlanılması və yazılmasını təmin etmək;
- Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardımın göstərilməsi, iddia materiallarının hazırlanması, məhkəmə orqanlarına təqdim edilməsinə təşkil edilməsində hüquqi dəstək vermək;
Tələblər:
- Ali hüquqi (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
- Hüquq sahəsində iş stajı azı 4 il;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək. İngilis dilini bilən şəxslərə üstünlük verilir;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.