Rabitabank OJSC
Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis
Son tarix 25 yan 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;
- Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş;
- A/B testlərin edilməsi və nəticələrin analizi;
- Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
- Onlayn kart, kredit və digər məhsulların satışının rəqəmsal reklamlar vasitəsilə artırılması;
- Rəqiblərin analizinin aparılması və təhlili;
- Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması;
- Bankın saytının admin-panelində tələb olunan dəyişiklikləri etmək;
- Ən son istehlakçı və marketinq tendensiyalarından və texnologiyadakı inkişaflardan xəbərdar olmaq və tətbiq etmək;
- Veb sayt və mobil tətbiqlərin statistik və müştəri təcrübəsi göstəricilərinin daim yüksək səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini təmin etmək;
Namizədə tələblər:
- Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat);
- Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili arzuolunandır;
- Marketinq və reklam kampaniyalarının yaradılmasında iş təcrübəsi;
- Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyllilik;
- Öyrənməyə və şəxsi inkişafa meyllilik;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24.12.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Aparıcı/Baş mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33